» » “Ona albom hazırladığım üçün utanıram” - Erol Köse

“Ona albom hazırladığım üçün utanıram” - Erol Köse

“Ona albom hazırladığım üçün utanıram” - Erol Köse
“Ona albom hazırladığım üçün utanıram” - Erol Köse

Türk prodüser Erol Kösel “FETÖ” istintaqı çərçivəsində həbs edilən müğənni Atilla Taş haqqında maraqlı açıqlamalar verib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, prodüser Atilla Taşa illər öncə albom çıxardığını və 1 il ərzində 1 milyon dollar qazandırdığını söyləyib:

“Kinolara çəkildi, konsertlər verdi. Onu qısa zamanda məşhurlaşdırdım. Amma sonradan bu yükün altından qaxla bilmədi və gözdən düşməyə başladı. Bir dəfə mənə FETÖ-nün adamı Fuad Avni ilə yaxınlaşdığını söylədi. Mən də onlardan uzaqlaşmalı olduğunu bildirdim. Sözümü dinləmədi, mən də əlaqəmi kəsdim. Sosial mediada bloka saldım və “Whatsap”da “Erol Köse akademiyası məzunları” qrupundan çıxardım. Toyuma belə çağırmadım”.

Erol Köse A.Taşın dini əqidəsinin olmadığını və FETÖ-nün təsirinə düşdüyünü deyib:

“Vəzifə əldə edəcəyini bilsə buddist də olar. Çünki bünövrəsi yoxdur. Ona albom hazırladığım üçün utanıram”.