» » Müğənni xəstəxanaya pul bağışlayıb

Müğənni xəstəxanaya pul bağışlayıb

Müğənni xəstəxanaya pul bağışlayıb
Müğənni xəstəxanaya pul bağışlayıb

Amerikalı aktrisa və model Ceymi Kinq yaxın dostu, müğənni Teylor Svift haqqında açıq məktub yazıb.

Ucarliyiq.biz xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı aktrisa Sviftin həyatında gördüyü ən səmimi insan olduğunu deyib.

Kinq “Svift, anadangəlmə ürək problemi olan ikinci oğlum Leonun müalicəsi üçün böyük yardımlar edib” deyə yazıb.

Aktrisa bildirib ki, T.Svift ən cəsur insanlardan biridir və bunu çox adam bilmir:

“Bir müddət öncə oğluma ağır diaqnoz qoyulmuşdu. Ağır əməliyyat keçirdi. Svift onun əməliyyat edildiyi xəstəxanaya böyük miqdarda pul bağışladı. Bu həm oğluma, həm də digər xəstələr üçün böyük yaxşılıq idi. Çətin günlərimizdə yanımızda oldu. Bizə yalnız olmadığımızı hiss etdirdi”.