» » Aygün Kazımova ilə Rəhim Rəhimli səhnədə dodaq-dodağa – VİDEO

Aygün Kazımova ilə Rəhim Rəhimli səhnədə dodaq-dodağa – VİDEO

Aygün Kazımova ilə Rəhim Rəhimli səhnədə dodaq-dodağa – VİDEO

Xalq artisti Aygün Kazımova ilə müğənni-bəstəkar Rəhim Rəhimlinin birlikdə təqdim etdikləri “Aygün Rəhimli şou” adlanan konsert proqramında adıçəkilən ulduzlar dodaq-dodağa görüntülənib.

ucarliyiq.biz bu barədə “ATV maqazin onlarla” verilişinə istinadən xəbər verir.

“Hər şey düzələr” adlı dueti səsləndirən ifaçılar səhnədə öpüşüb. 

“Necə olub Rəhimi bu illər ərzində görməmişəm? İlişib qalmışdım Namiqə (meyxanaçı Namiq Qaraçuxurlu – red.). İndi gül kimi Aygün Rəhimli olmuşam”, - deyə A.Kazımova səhnədə yaşananlara zarafatyana münasibət bildirib.

R.Rəhimli isə “O anda mahnı bizi uçurtdu və bunu etdik. Bir daha təkrarlanacağını isə bilmirəm” söyləyib.

Konsert proqramında, həmçinin iki ulduzun barışığı da olub. Belə ki, bir neçə ildir küsülü olan Aygün Kazımova ilə rəqqasə Oksana Rəsulova gecədə bir araya gəlib. Rəhim Rəhimlinin dəvəti ilə Oksananın rəhbərlik etdiyi “Chandramukhi” rəqs qrupu səhnədə çıxış edib.

R.Rəhimlinin sözlərinə görə, o, belə bir təklif ilə Aygün xanıma özü müraciət edib və Xalq artisti də onunla razılaşıb.