» » “Ölüm oyunu” filminin aktyoru Hyu Obrayen vəfat edib

“Ölüm oyunu” filminin aktyoru Hyu Obrayen vəfat edib

“Ölüm oyunu” filminin aktyoru Hyu Obrayen vəfat edib

ABŞ-da “Ölüm oyunu” və “Əkizlər” filmi, eləcə də “O, qətli yazıb” serialı ilə məşhur olan aktyor Hyu Obrayen 91 yaşında vəfat edib. 

ucarliyiq.biz bu barədə “Associated Press” saytına istinadən xəbər verir.

Qeyd edilir ki, aktyor Beverli-Hilsdə öz evində ölüb. 

Obrayen 1925-ci ilin aprel ayının 19-da Nyu-York ştatında Roçesterdə anadan olub. Orta təhsili İllinoys ştatının Uinnetka kəndində alıb. 17 yaşında Obrayen dəniz piyadasında xidmət edib, həmin dövrün gənc serjantlarından olub. 

Daha sonra o, Yelsk Universitetində hüquq təhsili alıb, amma bundan sonra aktrisa İda Lupino onun Los-Ancelesdə kiçik teatrda ifasını görüb və “Qorxmayın” filminə dəvət edib. Beləliklə, 1949-cu ildə Obrayen aktyorluq karyerasına başlayıb.