» » Beyonsdan türkiyəli müğənniyə jest

Beyonsdan türkiyəli müğənniyə jest

Beyonsdan türkiyəli müğənniyə jest
Beyonsdan türkiyəli müğənniyə jest Dünya şöhrətli müğənni Beyons müğənni Linetə jest edib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, pop ulduz türk brendi “Onuk Taşıt”a xüsusi olaraq 750 min dollara hazırlatdığı “S56 E” avtomobilini nümayişə çıxarıb. Avtomobili çox bəyənən Linet onu klipində istifadə etmək istəyib.

Maşını istehsal edən firma bu səbəbdən Beyonsla əlaqə yaradıb. Mahnının linkini istəyən dünya ulduzu 3 gün sonra firmanın məsul şəxslərinə cavab göndərib.

O, “Bir dünya səsi Türkiyədə yaşayırmış. Linet avtomobili klipində istifadə edə bilər”, - deyə açıqlama verib.