» » “Jara - 2017” Beynəlxalq Musiqi Festivalının keçiriləcək tarixi açıqlandı

“Jara - 2017” Beynəlxalq Musiqi Festivalının keçiriləcək tarixi açıqlandı

“Jara - 2017” Beynəlxalq Musiqi Festivalının keçiriləcək tarixi açıqlandı

Dünyaca məşhur azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov “Jara - 2017” Beynəlxalq Musiqi Festivalının keçiriləcək tarixini açıqlayıb. 

ucarliyiq.biz xəbər verir ki, ifaçı bu barədə “Instagram” hesabında məlumat yayıb.

Ölkəmizdə ikinci dəfə reallaşacaq festival 2017-ci ildə iyulun 27-dən 30-na kimi baş tutacaq. 

Tədbirdə yerli və əcnəbi məşhurlar çıxış edəcəklər.

Festivala biletlər sentyabrın 12-dən satışa çıxarılacaq. 

Xatırladaq ki, “Jara - 2016” Beynəlxalq Musiqi Festivalı iyulun 9-u və 10-da Xəzərin sahilində, “Sea Breeze” istirahət mərkəzində baş tutmuşdu. Gecədə Rusiya və Azərbaycan şou-biznesinin tanınmış ulduzları çıxış etmişdi.