» » Roza Zərgərli “Qəbələ” futbol klubunun himnini oxudu – VİDEO

Roza Zərgərli “Qəbələ” futbol klubunun himnini oxudu – VİDEO

Roza Zərgərli “Qəbələ” futbol klubunun himnini oxudu – VİDEO

Tanınmış müğənni Roza Zərgərli “Qəbələ”  futbol klubunun himnini oxuyub.

ucarliyiq.biz xəbər verir ki, söz və musiqisi Gülnar Sultanova, aranjimanı Elvin Musayevə məxsus olan bəstə “Haydi Qəbələ” adlanır.

“Bu mahnını “Qəbələ” klubuna dəstək olmaq üçün ifa etdim. Onlar bu gün “Anderlext” kimi çətin  rəqiblə qarşılaşacaqlar. Bu oyunda da “Qəbələ” klubuna uğurlar arzu edirəm. Onu da əlavə edim ki, bu himnin ideya müəllifi prodüserim Anar Əliyevdir”, - deyə müğənni ucarliyiq.biz-a açıqlama verib.

Qeyd edək ki, “Konstant Vanden Stok” stadionunda keçiriləcək “Anderlext” – “Qəbələ” görüşü bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.