» » Zirəddin Rzayev ulduzların sirli həyatına dair veriliş aparacaq

Zirəddin Rzayev ulduzların sirli həyatına dair veriliş aparacaq

Zirəddin Rzayev ulduzların sirli həyatına dair veriliş aparacaq

Sehrbazlar şousunda öz bacarığı ilə tamaşaçıları heyrətləndirən 35 yaşlı ekstrasens Zirəddin Rzayev yenidən ekrana qayıdacaq. Amma bu dəfə layihə iştirakçısı kimi deyil, “Ev-2”-nin sabiq iştirakçısı, 34 yaşlı model Alyona Vodonayava ilə birgə aparıcı qismində çıxış edəcək.

ucarliyiq.biz xəbər verir ki, təşkilatçıların “Paranormallar” adlandırdıqları şouda cütlük Rusiya şou-biznesinin ulduzları da daxil olmaqla, məşhurların həyatında baş verən paranormal hadisələri müzakirə edəcək.  

“Mən TV-yə qayıtmağıma sevinirəm, əsasən də, belə gözəl qızla. Bizim proqram maraqlı olacaq, çünki o mistika barədə ilk pozitiv veriliş olacaq. Belə şeyəri neqativ nöqteyi-nəzərdən müzakirə etməyə alışıblar. Biz isə paranormal anlayışlara təbəssümlə yanaşacağıq, hətta ulduzların həyatındakı mistik hadisələrdən danışacağıq”, - deyə Zirəddin Rzayev sosial şəbəkədə bildirib.

Proqramın sentyabrın axırı və ya oktyabrın əvvəlində başlayacağı gözlənilir. Çəkilişlər artıq başlayıb, hələlik yalnız ilk pilot buraxılış çəkilib.