» » Həbsdə olan müğənni namaz qılmağa başladı

Həbsdə olan müğənni namaz qılmağa başladı

Həbsdə olan müğənni namaz qılmağa başladı
Həbsdə olan müğənni namaz qılmağa başladı Bakırköy qadın həbsxanasında olan müğənni Dəniz Seki günlərini ibadətlə keçirir.

Ucarliyiq.biz - in Türkiyə mediasına istinadən məlumatına gör, daha əvvəl 7 ay yarım həbsdə yatan müğənni artıq 11 aydır ki, həbsxanadadır.

"Günahsızam, ədalətdən küsmüşəm" deyən Seki Qurban bayramında "Hürriyet"in jurnalisti ilə görüşdə etiraflar edib. O, həbsxanada insanın özüylə tək başına qaldığı üçün dinə meyl etdiyini deyib:

"Burası bir ibadətxanadır. Özün və Allahla baş-başa qalırsan. Hər gün zikr edirəm, namaz qılıram. Gündə 5 dəfə namaz qılıram desəm yalan olar, amma hər gün iki rükət şükr namazı qılıram. Məni burada baş örtüyü, namaz geyimi ilə görəndə təəccübləndilər. Dedim ki, elə bilirsiniz ki, müğənnilərin Allaha inancı olmur? Sonra məni belə görməyə öyrəşdilər".