» » Valeri Meladze Bakıya gələcək

Valeri Meladze Bakıya gələcək

Valeri Meladze Bakıya gələcək

Xəbər verdiyimiz kimi, dünyaca məşhur azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov ölkəmizdə ikinci dəfə reallaşacaq “Jara - 2017” Beynəlxalq Musiqi Festivalının gələn ilin iyulun 27-dən 30-na kimi keçiriləcəyini açıqlayıb.

ucarliyiq.biz xəbər verir ki, tədbirdə çıxış edəcək ilk əcnəbi məşhurun adı məlum olub.

Bu, Rusiyanın Əməkdar artisti, Çeçenistan Respublikasının Xalq artsiti Valeri Meladzedir. Bu haqda Emin rəsmi “Instagram” hesabında məlumat verib.

Xatırladaq ki, “Jara - 2016” Beynəlxalq Musiqi Festivalı iyulun 9-u və 10-da Xəzərin sahilində, “Sea Breeze” istirahət mərkəzində baş tutmuşdu. Gecədə Rusiya və Azərbaycan şou-biznesinin tanınmış ulduzları çıxış etmişdi.