» » Keyt Moss özündən 14 yaş kiçik sevgilisini döyüb – FOTO

Keyt Moss özündən 14 yaş kiçik sevgilisini döyüb – FOTO

Keyt Moss özündən 14 yaş kiçik sevgilisini döyüb – FOTO

Dünyaca məşhur 42 yaşlı top-model Keyt Moss (Kate Moss) özündən 14 yaş kiçik olan 28 yaşlı sevgilisi Nikolay Von Bismarkı (Nikolai Von Bismarck) döyüb.

ucarliyiq.biz “The Sun” saytına istinadla xəbər verir ki, model Londondakı evində “party” təşkil edən və ortalığı dağınıq vəziyyətə salan sevgilisinə yumruq və təpik zərbələri endirərək evdən bayıra atıb.

Keyt Moss özündən 14 yaş kiçik sevgilisini döyüb – FOTO

“Nikolayın son günlərdəki davranışı Keyti hövsələdən çıxarıb. Bir neçə aydır ki, spirtli içki qəbul etməmək mövzusunda bir-birilə razılaşmışdılar, ancaq Nikolay son həftələr bu qaydanı pozdu. Dostlarını Keytin evinə çağırdı və əylənib ortalığı darmadağın etdilər. Keytin qızı Lila Grace də o anda evdə idi. Keyt sevgilisinin bu məsuliyyətsiz davranışı səbəbindən əsəbiləşdi və onu evdən təpik-yumruqla bayıra atdı”, - deyə cütlüyə yaxın olan mənbə bildirib.

Çalışdığı agentliyin isə Keyt Mossu 60 gün ərzində spirtli içki içməmək barəsində xəbərdarlıq etdiyi və bu mövzuda onunla müqavilə imzaladığı məlum olub.

K.Moss rəsmi olaraq hələ də “The Kills” qrupunun solisti Jamie Hince ilə evlidir. Ötən il ayrılmalarına və Moss uzun müddətdir Bismarkla birlikdə olmasına baxmayaraq, cütlük hələ də boşanmayıb.

Keyt Moss özündən 14 yaş kiçik sevgilisini döyüb – FOTO