» » "Kuzey Güney"in aktrisası "əfqan qızı" oldu - (FOTO)

"Kuzey Güney"in aktrisası "əfqan qızı" oldu - (FOTO)

"Kuzey Güney"in aktrisası "əfqan qızı" oldu - (FOTO)
"Kuzey Güney"in aktrisası "əfqan qızı" oldu - fotolar

Aktrisa Öykü Karayel yeni filmi “Toz” üçün Əfqanıstanda kamera qarşısına keçib.

Ucarliyiq.biz - in Türkiyə mediasına istinadən məlumatına görə, gənc aktrisa filmdə əfqan qızı canlandırır. "Kuzey Güney" serialı ilə məşhurlaşan Öykü rejissor və ssenari müəllifi Gözde Kural olan film üçün həm İstanbul, həm də Kabildə çəkilişlərdə iştirak edib.

Karayel çəkilişləri ay yarım davam ekran işində əfqan əsilli ailənin Türkiyədə doğulub böyümüş qızı Azranı oynayıb.

Kabil küçələrində fotokamera qarşısına keçən Ö.Karayel 1985-ci ildə fotoqraf Stiv MakKurrinin çəkdiyi və "National Geographic" jurnalının üz qabığına çıxan əfqan qızı Şerbet Gulaya bənzərliyi ilə diqqət çəkib.

"Toz" adlanan filmin təqdimat tarixi hələ məlum deyil.

"Kuzey Güney"in aktrisası "əfqan qızı" oldu - (FOTO)