» » Bred Pitt barəsində cinayət işi açıldı

Bred Pitt barəsində cinayət işi açıldı

Bred Pitt barəsində cinayət işi açıldı

Hollivud aktyoru Bred Pitt təyyarə ilə Los-Ancelesə səyahət edən zaman həyat yoldaşı və həmkarı Ancelina Colinin gözləri qarşısında övladlarını döyüb.

ucarliyiq.biz bu barədə TMZ-yə istinadla xəbər verir.

Los-Anceles polisi uşaqlara qarşı fiziki zoraklıq tətbiq etdiyinə görə Pitt haqqında cinayət işi qaldırıb.

Saytın yayımladığı məlumatda qeyd olunur ki, artıq Pitt və Colinin ifadələri alınıb. Yaxın günlərdə ulduzların 6 övladı da dindiriləcək.

19 sentyabrda A.Coli B.Pittdən boşanmaq üçün məhkəməyə ərizə verib. Hər iki tərəf onlara aid olan, ümumilikdə 500 milyon dollar dəyərindəki mirası bölüşdürmək üçün vəkil tutub.