» » Camala “Eurovision”da qalib olan mahnısına klip çəkdirdi – VİDEO

Camala “Eurovision”da qalib olan mahnısına klip çəkdirdi – VİDEO

Camala “Eurovision”da qalib olan mahnısına klip çəkdirdi – VİDEO

Sözləri və musiqisi özünə aid olan “1944” adlı mahnısı ilə “Eurovision - 2016”-da Ukraynanı təmsil edərək qalib olan müğənni Camala adıçəkilən bəstəyə klip çəkdirib.

ucarliyiq.biz xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkədə məlumat verib.

Ekran işinin rejissoru və quruluşçu xoreoqrafı Anatoli Saçivko, operatoru Nikita Kuzmenkodur.

Klipin çəkilişi dəniz səviyyəsindən 1565 metr yüksəklikdə yerləşən Tomnatik dağının zirvəsində, tərk edilmiş Pamir hərbi bazasında aparılıb.

Qeyd edək ki, “Eurovision - 2017” Kiyevdə Dneprin sol sahilində yerləşən Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək.