Hər kəsi bezdirdiyi deyilən balaca aktyorla bağlı açıqlama

Hər kəsi bezdirdiyi deyilən balaca aktyorla bağlı açıqlama
Hər kəsi bezdirdiyi deyilən balaca aktyorla bağlı açıqlama

“Bir dəniz hekayəsi”nin 9 yaşlı ulduzu Emir Berke Zincidi kaprizləriylə çəkiliş heyətini bezdirməsi haqda xəbərlər onun serialdakı həmkarlarını və prodüser şirkətini əsəbiləşdirib

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmkarlarının bu haqda yayılan xəbərləri yalanlamasından sonra bu dəfə serialı çəkən şirkət açıqlama verib:

"Son zamanlarda mediada azyaşlı aktyorumuz Emir Berke Zincidi haqda əsası olmayan xəbərlər yayılıb. Bunların heç biri həqiqəti əks etdirmir. Aktyorluğa balaca yaşlarndan könlünü vermiş uşaq olan Emir çəkiliş meydançasında və real həyatda çox sakit təbiətli, sözə qulaq asandır. Digər uşaq aktyorlar da çox yaxşı münasibəti var. O, davranışı ilə bütün aktyorların, çəkiliş heyətinin və rejissorun sevgisini qazanıb".

Qeyd edək ki, iddialara görə, hələ “Kiçik ağa” serialında tələbləri ilə hamını narazı salan azyaşlı aktyor bu dəfə də eyni davranışları təkrarlayıbmış. Emir Marmarisdə aparılan çəkilişlər müddətində özünün istədiyi xüsusi restorandan başqa məkandan gətirilən yeməkləri yemək istəməyib. Nəticədə onun üçün Bodrum şöbəsindən ət yeməkləri gətirilib. Bu isə 110 kilometr məsafə deməkdir. Nəticədə çəkiliş heyətinin bu iş üzrə məsul şəxsləri Emir Berkenin istəklərindən beziblər.

E.B.Zincidinin digər kaprizi isə atası rolunda çəkiləcək aktyor seçimi zamanı olub. Belə ki, azyaşlının tələbləri səbəbindən aktyorların əksəriyyəti bu rola çəkilmək istəməyib. Təklifi isə yalnız Emre Kızılırmak qəbul edib.

Rəy sayı 0

Rəylərinizi bildirin.

.

  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent