» » Tanınmamaq üçün özünü bu hala qoydu

Tanınmamaq üçün özünü bu hala qoydu

Tanınmamaq üçün özünü bu hala qoydu
Tanınmamaq üçün özünü bu hala qoydu Aktrisa Məryəm Üzərli Qurban bayramı istirahətini keçirmək üçün Almaniyaya gedib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən xəbərinə görə, hava limanında tanınmamaq üçün aktrisa başına papaq qoyub, gözünə eynək taxıb. Yeriməkdə çətinlik çəkən Üzərliyə oranın işçiləri kömək edib. Bütün bunlara baxmayaraq Məryəm jurnalistlərdən gizlənə bilməyib.

Media nümayəndələri ilə söhbət edən aktrisa Murad Yıldırımla birlikdə oynayacağı "Cəsarət" serialının çəkilişlərinin yaxın günlərdə başlayacağını bildirib:

"Bir-iki günə geri qayıdacam. Bundan sonra ancaq İstanbulda olacam. Gələn həftə çəkilişlər başlayır".

Üzərli rol aldığı "Möhtəşəm yüz il" serialının davamı olan "Köşəm Sultan"dan da danışıb:

"Reklam çarxını izlədim, çox maraqlıdır. Rejissorlar yaxşı ki, belə bir serial çəkmək qərarı verib. Aktrisalar da çox gözəldir".

Tanınmamaq üçün özünü bu hala qoydu

Tanınmamaq üçün özünü bu hala qoydu

Tanınmamaq üçün özünü bu hala qoydu