» » Ayaz Qasımov cərimə ilə razılaşmır: Nömrəni satmışam – VİDEO

Ayaz Qasımov cərimə ilə razılaşmır: Nömrəni satmışam – VİDEO

Ayaz Qasımov cərimə ilə razılaşmır: Nömrəni satmışam – VİDEO

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi müğənni Ayaz Qasımovun ümumilikdən 6500 manat məbləğində cərimə borcu olduğunu açıqlayıb.

ucarliyiq.biz atv.az-a istinadən xəbər verir ki, müğənni deyilənlərlə razı deyil. Belə ki, cərimə ödənməli olan avtomobilin dövlət nömrə nişanı iki il öncə etibarnamə ilə başqa şəxsə satılıb.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə deyir ki, qanunla etibarnamə verilən gündən qaydanı kim pozubsa, cəriməni də həmin şəxs ödəməlidir. Əgər yol hərəkəti haqqında qanunun tələblərini pozan şəxsin ünvanı və yaxud telefon nömrəsi düzgün göstərilməyibsə, cərimə protokolları etibarnamə verən şəxsin adına göndərilir. Amma həmin şəxs cəriməni ödəməkdən imtina edərək yol polis idarəsinə müraciət edə bilər.