» » Nurlana Cəfərova: Nikahımız cəmi 3 ay davam etdi

Nurlana Cəfərova: Nikahımız cəmi 3 ay davam etdi

Nurlana Cəfərova: Nikahımız cəmi 3 ay davam etdi

ucarliyiq.biz aparıcı Nurlana Cəfərovanın Qafqazinfo-ya verdiyi müsahibəsini təqdim edir:

- Hələ də “106 FM” radiosunun rəhbərisiniz?

- 3 il yarım radionun direktoru oldum. Bu yaydan bəri, yəni iyul ayında vəzifədən öz istəyimlə imtina etdim. Çünki başqa dəyərləndirməli işlər var idi. Düşünürəm ki, həyatımda yeni mərhələdir. Başqa təklifləri dəyərləndirmək istədim.

- Təklifləri dəyərləndirdiniz?

- Bəli, BMF kanalında baş redaktoram. Onlayn kanaldır. Gələcəkdə isə peykdə yayımlanması nəzərdə tutulub. Kanala yaxın dostumun təklifi ilə gəlmişəm. Orada yayımlanan klip və verilişlərdən cavabdehəm. Ancaq daha bir ciddi təklif var, oktyabr ayında həmin təklifi dəyərləndirəcəm. Bununla da TV və radio sahəsindən uzaqlaşacam.

Söylədiyim kimi, həyatımda yeni mərhələdir. Bu il çox dəyişikliklər olub, səbirlə gözləyib, qərar verməliyəm. Onu da deyim ki, 8 oktyabr tarixində yayımlanacaq “Kişi sözü” serialında baş rollardan birini canlandırıram. Bundan öncə “Qız atası” serialında təcrübəm olmuşdu.

- Son 1 ildə evlənməyiniz və boşanmağınız ilə gündəmə gəldiniz.

- Şəxsi həyat qapalı olmalıdır. İstəməzdim ki, belə məsələ ilə gündəmə gəlim. Düşünürəm ki, mənə aid olan şeylərlə gündəmə gəlmək doğru deyil. Təəssüflər olsun ki, boşanmağım barədə xəbərlər yayıldı, müzakirə edildi. Heç bir xanım ailə qurmur ki, boşansın. Demək ki, ciddi səbəblər var. Bu səbəbləri isə açıqlamaq istəmirdim.

- Siz də digər məşhurlar kimi (Dilarə Kazımova, Fidan Hacıyeva və b.) əcnəbi vətəndaşla ailə həyatı qurdunuz...

- Onu əcnəbi kimi qəbul etmirəm. 12 ildir ki Azərbaycanda yaşayırdı və biz Azərbaycan dilində danışırdıq. 4 il bundan əvvəl tanış olmuşduq. Özəl şirkətdə çalışırdı. Tədbirlər təşkil edirdi, mən də həmin tədbirlərdə aparıcılıq edirdim. Əvvəl bu barədə düşünmürdüm, hər şey anidən oldu. Mənə elə gəlir ki, insan hər hansı bir münasibətə başlayanda orada beyin düşünmür. Ya qığılcım olur, ya da ki olmur.

- Bəs boşanmağınızın səbəbi nə oldu?

- Bayaq dediyim kimi, heç kim ailə qurmur ki, boşansın. Amma elə məqamlar var ki, göz yummaq olmaz. Hər insan həyata bir dəfə gəlir. Elə şeylər baş verir ki, insanda suallar yaranır. Ailə davam etsin, ya yox? Bizdə bir çox ailələrdə olan problemlər meydana gəldi. Xanımların əksəriyyəti çətinliklərə dözür, taleyi ilə barışır, göz yumur. Mən sadəcə olaraq sərbəst düşünən bir xanımam, ictimaiyyətin fikri ilə oturub-durmuram. Əlbəttə ki, mənim addımım birmənalı qarşılanmadı.

Dostlarım, ailə üzvlərim, dinləyicilərim razılaşmırdılar. Özüm qərar verib bu yola girmişdim, özüm də olanlara dözmək yox, bunların hamısından azad olmaq istədim. Verdiyim qərarın doğru olduğunu düşünürəm. Təəssüflər olsun ki, özümü insanları yaxşı tanıyan biri kimi bilirdim, ancaq bu məsələdə yanılmışam. Eybi yox, səhvimi düzəltdim. Nikahımız cəmi 3 ay davam etdi. 5 ay isə boşanma mərhələsi oldu.

Qarşı tərəf ayrılmaq istəmirdi. Əlindən gələni etdi ki, ailəni dağılmaqdan xilas etsin. Ancaq qərarlarımda qəti insanam. Amma o, iki dəfə məhkəməyə gedib deyib ki, biz barışmışıq, ərizəni götürmək yadından çıxıb. Axırda məhkəmənin qərarı verildi. 5 ay mənim nələr çəkdiyimi Allah bilir.