» » Kənan çıxış yolunu Bereni Amerikaya aparmaqda gördü

Kənan çıxış yolunu Bereni Amerikaya aparmaqda gördü

Kənan çıxış yolunu Bereni Amerikaya aparmaqda gördü
Kənan çıxış yolunu Bereni Amerikaya aparmaqda gördü Aktrisa Beren Saatla müğənni həyat yoldaşı Kənan Doğulu Qurban bayramı tətilində Amerikaya yola düşüblər.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınmış cütlük bir müddət ABŞ-dakı evlərində qalaraq stressdən uzaq olmaq istəyib.

Beren Saatın sosial şəbəkədə yazdığı statuslar səbəbindən izləyicilər tərəfindən şantaj olunması və hədə-qorxu gəlinməsi aktrisada əsəb gərginliyinə səbəb olub. Kənan isə çıxış yolu kimi xanımını bir müddət ölkə xaricinə çıxarmağa qərar verib.

Xatırladaq ki, Türkiyədə şəhidlər məsələsinə biganə qalmaqda ittiham olunan Berenin cavabı “Şəhidlər üçün ediləcək dualar sosial şəbəkədə yox, qəlblərdə olmalıdır. Şəhidlərdən istifadə edən leş qarğalarına uymayın”, - deyə cavab vermişdi.