» » Məşhur model ərə getdi - (FOTO)

Məşhur model ərə getdi - (FOTO)

Məşhur model ərə getdi - (FOTO)
Məşhur model ərə getdi - fotolar Dünya şöhrətli israilli model Bar Rafaeli iş adamı Adi Ezra ilə ailə qurub.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, cütlüyün toy mərasimi İsraildə kurort mərkəzlərinin birində baş tutub. Məclisdə Barla Adinin 300-dək qonağı iştirak edib. Toy yəhudi ənənələrinə uyğun keçirilib.

Cütlük paparassilərdən qaçmaq üçün İsrail hökumətindən toyun baş tutduğu məkanın hava yolunu belə bağlatmağı xahiş edib. Modellə iş adamının toy xərci 330 min dollara başa gəlib.

Qeyd edək ki, Bar Rafaeli nikahın rəsmi hissəsində “Chloe”dən libas geyinib. Daha sonra isə o, elə həmin brendin başqa geyimində qonaqların qarşısına çıxıb.

Xatırladaq ki, B.Rafaeli ilə A.Ezra 2012-ci ildə tanış olublar. Bu, modelin ikinci evliliyidir. Daha əvvəl o, uşaqlıq dostu Arik Vaynşteynlə ailəli olub.
Məşhur model ərə getdi - (FOTO)
Məşhur model ərə getdi - (FOTO)
Məşhur model ərə getdi - (FOTO)
Məşhur model ərə getdi - (FOTO)
Məşhur model ərə getdi - (FOTO)