» » Xərçəngdən xilas olan azərbaycanlı aparıcı qadınlara müraciət etdi

Xərçəngdən xilas olan azərbaycanlı aparıcı qadınlara müraciət etdi

Xərçəngdən xilas olan azərbaycanlı aparıcı qadınlara müraciət etdi

Tanınmış aparıcı Zümrüd Qasımova xərçəng xəstəliyinə qalib gələn məşhurlar sırasındadır. Teleaparıcı adıçəkilən mövzu ilə əlaqədar qadınlar tərəfindən çoxlu sayda müraciətlər qəbul etdiyini vurğulayıb.

ucarliyiq.biz xəbər verir ki, Z.Qasımova kimyaterapiya olunan ərəfədə çəkdirdiyi fotoşəkli “Instagram” hesabında paylaşaraq xanımlara məsləhət verib.

“Gündə yüzlərlə qadın mənə bu xəstəliklə bağlı yaranan müxtəlif suallarla müraciət edir: “Kimyaterpiyadan sonra saçlar bərpa olunurmu?”, “Müalicə bitdikdən sonra hər şey əvvəlki kimi olur?” və s.”.

Əzizlərim, qorxmayın, vaxtında həkimə müraciət edin, xəstəlik erkən aşkar olunduqda sağalır və sevdiklərinin yanında olursan. Mübariz olun, özünüzü sevin və inanın. Mən hər birinizi anlayıram...

Kimyaterapiyadan sonra günlərlə qusur, əsəbiləşir, qışqırır, ağlayırsan. Radioterapiya edəndə isə dəri yandığı üçün əziyyət çəkirsən, özünə baxa bilmirsən. Hər səhər tüksüz başına baxıb ağlayırsan, amma güclü olduqda, sonda sağalırsan.

Həyat gözəldir, yaşamağa dəyər. Özünüzü sevin, bu da bir sınaqdır. Mən yaşadıqlarıma baxmayaraq, çox xoşbəxtəm. Allaha sığının”.


 

Xərcəng xastaliyinnən əziyət cəkən butun xanimlaradi bu şəkil.Gundə yuzlərlə qadin mənə sullarnan muraciət edirlər ki,saclar qayidirm?i hər şey əvvəlki kimi olurmu.?Bəli azizlərim sacda qayidir, hər şey əvvəlki nnədə gozəl olur.Qorxmayin vaxtinda həkimə gedin erkən askar olunanda Saqalirsan va sevdiklarinin yaninda olursan.Mubariz olun,hayat dolu olun,ozunuzu sevin,ozunuzə inan