» » Mediada yayılan mənfi xəbərlər arasında lider olan tanınmışlar

Mediada yayılan mənfi xəbərlər arasında lider olan tanınmışlar

Mediada yayılan mənfi xəbərlər arasında lider olan tanınmışlar

Azərbaycan mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin sentyabr ayı üzrə analiz işini yekunlaşdırıb.

ucarliyiq.biz xəbər verir ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi şou-biznes nümayəndələri ilə bağlı sentyabr ayı üzrə məlumatları təqdim edir.

2016-cı ilin sentyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələri ilə əlaqəli 9669 xəbər yerləşdirilib. Bunlardan 289 xəbər mənfi, 10 xəbər müsbət və 9370 xəbər isə neytraldır.

Mənfi xəbərlər arasında liderlər: Mətanət İsgəndərli (113 xəbər –müğənninin adının adam oğurluğunda hallanması, Çovdarovla əlbir olması iddiaları), Rəqsanə İsmayılova (72 xəbər – müğənninin musiqiçiyə pul atması, hədələməsi iddiaları), Aygün Bəylər (57 xəbər – müğənninin qardaşı haqqında çıxan xəbərlər).

Müsbət xəbərlər isə Oksana Rəsulova, Məleykə Əsədova, Tarix Əliyev, Miri Yusif və Nigar Camala (2 xəbər – mükafata layiq görülmələri) məxsusdur.

Xəbər sayına görə sıralama:

Röya Ayxan                           635 xəbər
Elza Seyidcahan                     380 xəbər
İlhamə Quliyeva                    304 xəbər
Aygün Kazımova                   291 xəbər
Günay İbrahimli                     258 xəbər
Abbas Bağırov                       252 xəbər
Xatirə İslam                            244 xəbər
Rəqsanə İsmayilova               232 xəbər
Mətanət İsgəndərli                 218 xəbər
Nadir Qafarzadə                    213 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 406 xəbər dərc edilib. Bu xəbərlərdən 388-i neytral, 18-i isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Aygün Bəylər (11 xəbər – müğənninin qardaşı haqqında çıxan xəbərlər), Rəqsanə İsmayılova (4 xəbər – müğənninin musiqiçiyə pul atması iddiaları) və Mətanət İsgəndərliyə (3 xəbər – müğənninin adının adam oğurluğunda hallanması) məxsusdur. Sentyabr ayında yazılı mətbuatda müsbət xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

İlhamə Quliyeva                    21 xəbər
Aygün Bəylər                         20 xəbər
Aygün Kazımova                   18 xəbər
Alim Qasımov                        16 xəbər
Röya Ayxan                           15 xəbər
Faiq Ağayev                           14 xəbər
Abbas Bağırov                       13 xəbər
Flora Kərimova                      12 xəbər
Tünzalə Ağayeva                   11 xəbər
Nazpəri Dostəliyeva               10 xəbər

Sentyabr ayında televiziya kanallarında şou-biznes nümayəndələri haqqında 70 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

Mənsum İbrahimov             8 xəbər
Ədalət Şükürov                   5 xəbər
Əlikram Bayramov              4 xəbər
Elariz Məmmədoğlu            4 xəbər
Elza Seyidcahan                  4 xəbər
Səməd Səmədov                  3 xəbər
Lalə Məmmədova                 3 xəbər
Abbas Bağırov                      3 xəbər
Cavanşir Məmmədov            3 xəbər
Elnarə Xəlilova                       2 xəbər