» » Dediklərinə görə iki illik həbs oluna bilər

Dediklərinə görə iki illik həbs oluna bilər

Dediklərinə görə iki illik həbs oluna bilər
Dediklərinə görə iki illik həbs oluna bilər

"Survivor"un iştirakçısı Duyğu Çetinkaya ilə müğənni Niran Ünsal arasında məhkəmə çəkişməsi başlayıb.

Ucarliyiq.biz - in Türkiyə mediasına istinadən məlumatına görə, Duyğu ifaçının Tvitterdə onun haqqında yazdığı "2014-cü ildə əxlaqsızlıq yuvası əməliyyatında yaxalandı" cümləsinə görə məhkəməyə müraciət edib.

N.Ünsal isə həmin sosial media hesabının özünə aid olduğunu ancaq həmin mesajın özü deyil, xaricdə olan köməkçisi Murat Başaran tərəfindən yazıldığını iddia edib.

Prokurorluq apardığı araşdırma nəticəsində müğənni haqqında iddianamə hazırlayıb. Həmin sənədə görə, Niran Ünsala aid olduğu dəqiqləşən profildən yayımlanan mesaj qarşı tərəfin şərəf və ləyaqətini alçaldıcı dərəcədə yazılıb. Sənətçinin özünü müdafiə üçün dedikləri isə bəhanə sayılaraq mesajın onun özü tərəfindən yazıldığı qəbul edilib.

Bu səbəbdən iki ilə qədər həbsi istənilən N.Ünsal yaxın günlərdə məhkəmə qarşısına çıxacaq.