» » “Səs Azərbaycan”ın qalibi ilk klipini təqdim etdi – FOTO + VİDEO

“Səs Azərbaycan”ın qalibi ilk klipini təqdim etdi – FOTO + VİDEO

“Səs Azərbaycan”ın qalibi ilk klipini təqdim etdi – FOTO + VİDEO

“Səs Azərbaycan” müsabiqəsinin qalibi Emiliya özünün ilk layihəsini - bəstəkar İsa Məlikovun “Son göruş” mahnısına çəkilmiş klipi təqdim edib. Söhbət 2000-ci illərin əvvəlində Xalq artisti Zülfiyyə Xanbabayevanın repertuarında yer alan məşhur mahnıdan gedir. Klipin müəllifi rejissor və fotoqraf Fərhad Əlidir.

ucarliyiq.biz xəbər verir ki, birinci layihə üçün bu mahnının seçilməsi təsadüfi olmayıb, heç kimə sirr deyil ki, Emiliya məşhur prodüser Nigar Hacızadənin yeni və ambisiyalı layihəsidir. Bu da məlumdur ki, N.Hacızadə uzun illərdir yalnız Zülfiyyə Xanbabayeva ilə əməkdaşlıq edir.

Prodüserin sözlərinə görə, başlanğıc üçün Emiliyanın özünü artıq məşhur mahnı ilə göstərməsi daha düzgün olar, Zülfiyyə xanımın repertuarından olan hit, üslubuna görə gənc müğənninin səsinə çox uyğun gəlir.

Aranjimançı Samir Soltanovdur.

Yeni versiyada Zülfiyyə xanımın səsini eşitmək olar, o beki və kiçik bir musiqi parçası ifa edir.

Emiliya tənhalıq haqqında oxuyur, rejissor gənc, gözəl qızı göstərir. Bu qız öz evində özünə yer tapa bilmir, amma onun ağrısı sevdiyi oğlanın qəlbində heç bir emosiya oyatmır, oğlan onu laqeyd baxışlarla süzür və açıq-aydın onu eşitmir…

Çarxda həmin gəncin obrazını “Səs Azərbaycan” layihəsinin digər iştirakçısı, model və müğənni Riad Abdulov canlandırıb.

“Səs Azərbaycan”ın qalibi ilk klipini təqdim etdi – FOTO + VİDEO

“Səs Azərbaycan”ın qalibi ilk klipini təqdim etdi – FOTO + VİDEO

“Səs Azərbaycan”ın qalibi ilk klipini təqdim etdi – FOTO + VİDEO

“Səs Azərbaycan”ın qalibi ilk klipini təqdim etdi – FOTO + VİDEO

“Səs Azərbaycan”ın qalibi ilk klipini təqdim etdi – FOTO + VİDEO

“Səs Azərbaycan”ın qalibi ilk klipini təqdim etdi – FOTO + VİDEO

“Səs Azərbaycan”ın qalibi ilk klipini təqdim etdi – FOTO + VİDEO

“Səs Azərbaycan”ın qalibi ilk klipini təqdim etdi – FOTO + VİDEO


Foto: Veysəl Əskərzadə