» » Boşanmaq istəyən aktrisa hamilədir

Boşanmaq istəyən aktrisa hamilədir

Boşanmaq istəyən aktrisa hamilədir
Boşanmaq istəyən aktrisa hamilədir Aktrisa Cennifer Qarnerin aktyor Ben Affleklə boşanma ərəfəsində hamilə olması xəbəri yayılıb.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, o, dördüncü övladını dünyaya gətirmək istəyir. Bəzi bloqqerlərin fikrincə, bu boşanma prosesini yubatmaq, mülk məsələlərini həll etmək üçün ortaya atılan şayiədir.

Qeyd edək ki, Cennifer Benin ona uşaqların dayəsi ilə xəyanət etdiyini öyrəndiyi üçün boşanmağa qərar vermişdi. Bir müddət uşaqlarını da götürərək evdən ayrılan aktrisa sonra onların atalarından ayrı qalmamasını əsas gətirərək Afflekin yanına qayıtmışdı.

Onlar son zamanlar birgə yaşayırlar və bir neçə dəfə paparasillərin hədəfinə də düşüblər.