» » Əməkdar artist ağladı: Anam qapılarda böyüyüb – VİDEO

Əməkdar artist ağladı: Anam qapılarda böyüyüb – VİDEO

Əməkdar artist ağladı: Anam qapılarda böyüyüb – VİDEO

Əməkdar artist Nəcibə Hüseynova ARB TV-də aktyor Faiq Mirzəyevin təqdimatında nümayiş olunan “Ömrün fəsilləri” verilişinin qonağı olub.

ucarliyiq.biz xəbər verir ki, aktirsa keçmişi ilə bağlı xatirələrini bölüşərkən göz yaşlarına hakim ola bilməyib.

“Atamla anamın gənclik illəri müharibə dövrünə düşdüyündən tam təhsil ala bilməyiblər. Anam erkən yaşlarından yetim qalıb. Ögey ananın ümidinə, qapılarda böyüyüb, çalışmağa məcbur olub. Üç uşaq olublar, hamısı pərən-pərən düşüb. Atamla tanış olanda müharibə yeni bitirmiş. Təmtəraqlı toy etmədən evləniblər. Hər ikisi ailəni dolandırmaq üçün uzunmüddətli saatla işlədiyindən məni gecə-gündüz fəaliyyət göstərən uşaq bağçasına vermişdilər. Həftədə bir dəfə onların üzünü görürdüm.

Anam 2000-ci ildə vəfat etdi. Ana uşağa yox, hər insana lazımdır. Hərdən elə anlar olur ki, kaş anam yanımda olaydı deyirəm”.