» » "Yenidən ərə gedəcəyəm" - Çağla

"Yenidən ərə gedəcəyəm" - Çağla

"Yenidən ərə gedəcəyəm" - Çağla
"Yenidən ərə gedəcəyəm" - Çağla Müğənni Emre Altuğdan boşandıqdan sonra iki ildir heç kimlə sevgili olmayan model Çağla Şikel jurnalistlərə səmimi etiraflar edib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, sərt görünüşlü olduğu üçün kişilərin ondan uzaq durduğunu deyən Çağla evlilik barədə danışıb:

"Kişilər mənə yaxınlaşmağa qorxurlar. Qapım sevgiyə açıqdır, amma əvvəlki kimi olar ya yox, bilmirəm. Çox işləyən, uşaqlarına yaxşı baxan, güclü bir qadınam. Hər kişinin işi deyil mənim həyatıma dözsün. Allah qismət etsə, ərə gedəcəyəm. Hələ 37 yaşım var, qapıları niyə bağlayım ki? Evlilik üçün ürəyim getmir, amma uşaq üçün məcburam. Bir uşaq daha istəyirəm".

Qeyd edək ki, Ç.Şikelin E.Altuğdan iki oğlu var.