» » Məryəmdən Tarkana təklif - (FOTO)

Məryəmdən Tarkana təklif - (FOTO)

Məryəmdən Tarkana təklif - (FOTO)
Məryəmdən Tarkana təklif - fotolar Yeni serialla tamaşaçı qarşısına çıxmağa hazırlaşan Məryəm Üzərli "InStyle" dərgisinin oktyabr sayına qonaq olub.

Ucarliyiq.biz - in məlumatına görə, o, müsahibəsində həyatdakı üç arzusundan danışıb:

"Birincisi Tarkanla tanış olmaq. İkincisi Disneyin "Balıq Nemo" xarakterini səsləndirmək. Üçüncüsü isə öz markamı təqdim etmək. Almaniyada Tarkan başqa bir dünyadır. Mənim gəncliyim onun mahnıları ilə keçib. Çox sevirəm onu, onun klipində oynamaq istərdim".

O, daha sonra qızı Lara haqqında da söhbət edib:

"Lara həyatımın möcüzəsi oldu, Allahın hədiyyəsi kimi... Sanki mənə "Məryəm, sən bu günə kimi möcüzələrə inandın, bu da onun təsdiqi" deyirdi. Yəqin ki, kiminləsə tanış olacağam və o insan məni sevərsə, onsuz Laranı da sevəcək. Laranı sevməzsə, məni də sevə bilməz. Artıq bir ana olduğum üçün münasibətə başladığım insanı daha yaxşı tanımağa çalışacağam".

Məryəmdən Tarkana təklif - (FOTO)

Məryəmdən Tarkana təklif - (FOTO)