» » "Onun ərinin çılpaq fotolarını mənə göndərdilər"

"Onun ərinin çılpaq fotolarını mənə göndərdilər"

"Onun ərinin çılpaq fotolarını mənə göndərdilər"
"Onun ərinin çılpaq fotolarını mənə göndərdilər"

Keçmiş model Tuğba Özay "Survivor"da rəfiqə olduğu Nagihan Karaderenin ərinin çılpaq fotolarının yayılmasına münasibətini bildirib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, o, ərinin çılpaq fotosunu başqa bir qadına yolladığını öyrənən Nagihana dəstək olub:

"Buradakı müzakirə olunacaq mövzu sosial medianın nə qədər qorxunc bir hala gəlməsi, bu tip insanların şantaj və təhdidlərlə insanların həyatını alt-üst etməsi olmalıdır. Nagihanın ərinin fotoları mənə də göndərilmişdi. Biz adada Nagihanla çox şey yaşadıq, heç kimin görmədiyi, bilmədiyi anlarımız, göz yaşlarımız oldu. Bir qadın olaraq onun kədərini anlayaraq yanındayam. Nagihan boşanacaq ya yox, bunlar müzakirə olunmamalıdır. Bu, onların ailədaxili məsələləridir".

Qeyd edək ki, N.Karadere ərinin çılpaq fotolarının ona göndərildiyi an həyatının dağıldığını deyib. O, ən çox qızının gələcəkdə bu fotoları görüb problemlər yaşayacağından qorxur:

"Ərim əvvəllər kök idi, mənlə evlənəndən sonra idman bədən quruluşuna sahib oldu. Ona görə güzgü qarşısında tez-tez özünü çəkirdi. Telefonu oğurlananda həmin fotolar da oğurlanıb. Mənə fotoları göndərən qız dedi ki, guya ərim fotoları ona yollayıb".

"Onun ərinin çılpaq fotolarını mənə göndərdilər"