» » Hüseyn Dəryanın keçmiş həyat yoldaşı gizli eşq yaşayır – FOTO

Hüseyn Dəryanın keçmiş həyat yoldaşı gizli eşq yaşayır – FOTO

Hüseyn Dəryanın keçmiş həyat yoldaşı gizli eşq yaşayır – FOTO

Mərhum reper Hüseyn Dəryanın keçmiş həyat yoldaşı Sona Muradova gizli eşq yaşayır.

ucarliyiq.biz BAKU.WS -ə istinadla xəbər verir ki, hazırda “Gilavar” qrupunun prodüseri kimi fəaliyyət göstərən S.Muradova “Instagram” bloqunda maraqlı paylaşım edib.

Hüseyn Dəryanın keçmiş həyat yoldaşı gizli eşq yaşayır – FOTO

O, əli sevgilisinin əlində çəkilən fotosunu sosial şəbəkədə yerləşdirib. Görünür, prodüser ikinci dəfə ailə həyatı quracaq. 

Amma maraqlıdır ki, S.Muradova bir müddət öncə “Mən ailə qurmaq haqqında qətiyyən düşünmürəm, sevgilim də olmayacaq” demişdi:

“Çünki Cahangirin artıq 9 yaşı var, böyük kişidir. O, artıq hətta geyimimə qarışır. Deyir ki, filan paltarı geyin, ya da əksinə. Cahangir nə qədər uşaq olsa da, çox qısqancdır. Evlilik həyatını bir dəfə yaşadım. Allah mənim qismətimə elə yazmışdı, mən də onu yaşadım. Başqasını nə sevmək, nə də ki ailə qurmaq istəmirəm”.

Qeyd edək ki, Sona Muradova mərhum reperin ikinci həyat yoldaşıdır. Onların Cahangir adlı bir oğulu var.