» » Niyam Salami verilişdə ağladı – VİDEO

Niyam Salami verilişdə ağladı – VİDEO

Niyam Salami verilişdə ağladı – VİDEO

Müğənni Niyam Salami ARB TV-də yayımlanan “Gəlin danışaq” verilişinin qonağı olub.

ucarliyiq.biz xəbər verir ki, proqramın aparıcısı Zümrüd Qasımova ifaçıya məxsus iki əşyanı studiyaya gətirib. 

“Bu əşyanı mənə kiçik bacım hədiyyə edib. Atamın yadigarıdır. Su, çay içmək üçün istifadə olunurdu. Heç vaxt efirdə ağlamamışam, amma indi bir az pis oldum.

Atamın daşıdığı yüklərə məəttəl qalıram. Çox güclü insan imiş. Mən daşıya bilmirəm, tükənirəm. Atam 3 ay evdə, 3 ay isə işdə olub. Bizim necə böyüdüyümüzü görməyib. Zəhmətimizi anam çəkib”, - deyə Niyam Salami göz yaşlarına hakim ola bilməyib.

“Digər əşyanı isə Rakif adlı rəssam hədiyyə edib. Bahalı hədiyyə olduğunu və 16-17-ci əsrlərə aid olduğu bildirdi. Şah İsmayıl Xətai bu qabda su içib”, - deyə ifaçı sözlərinə əlavə edib.

N.Salami evlənməklə bağlı ünvanlanan suala “Bunu ilk dəfə sizə deyirəm. Yaxınlarımın problemini həll etmədikcə, hər şey yerində olmayana qədər mən evlənməyəcəm” deyə cavab verib.