» » Türkiyənin məşhur cütlüyü boşanır - 15 ildən sonra

Türkiyənin məşhur cütlüyü boşanır - 15 ildən sonra

Türkiyənin məşhur cütlüyü boşanır - 15 ildən sonra
Türkiyənin məşhur cütlüyü boşanır - 15 ildən sonra

Model Demet Şener və basketbolçu İbrahim Kutluay boşanır.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, 15 ildir sevgili olan və 2005-ci ildə möhtəşəm toyla ailə quran cütlük bu günlərdə boşanma qərarı verib.

Demet bu haqda açıqlama verərək deyilənlərin doğru olduğunu bildirib:

"Mənim ailəm dağılır, reklam düşünəcək halda deyiləm. Ailəmə, ərimə çox inanırdım. Ta ki həqiqətləri bilənə qədər... Hər münasibət bitər, yeni başlayar. Alnım açıq, başım dikdir. 4 ildir nələr yaşayıram, Allah bilir. Çox mübarizə apardım, bütün baş verənləri vaxtı gələndə öyrənəcəksiniz. Bu gün podiuma çıxacağam və heç kimin suallarını cavablandırmayacağam. Ərim xəyanət xəbərlərinin yalan olduğunu demişdi, amma həqiqəti öyrənə bildim. Əlimdə sənədlər var, bu, mənə bəsdir".

Modelin vəkili Aslı Hatemi də açıqlama verib:

"Hələ ki, boşanma üçün məhkəməyə ərizə verməmişik. Boşanma səbəbi haqda çox danışmaq istəmirəm. Zina və xəyanət boşanma üçün ən tutarlı səbəbdir. Bunu sübut edə bisək, yaxşı təzminat da ala bilərik".

Qeyd edək ki, 40 yaşlı modelin bu evlilikdən iki övladı var. İ.Kutluay Şenerdən əvvəl müğənni Demet Akalınla sevgili idi və onların ayrılmasına səbəb olduğu üçün D.Şener hər zaman tənqid olunub.