» » İbrahim Tatlıses deputatlığa namizədliyini geri çəkdi

İbrahim Tatlıses deputatlığa namizədliyini geri çəkdi

İbrahim Tatlıses deputatlığa namizədliyini geri çəkdi
İbrahim Tatlıses deputatlığa namizədliyini geri çəkdi

Müğənni İbrahim Tatlısəs millət vəkilliyinə namizədliyini geri çəkdikdən sonra ilk dəfə danışıb.

Ucarliyiq.biz - in Türkiyə mediasına istinadən məlumatına görə, dünən sürpriz şəkildə namizədliyindən imtina edən sənətçi siyasətə girmə səbəbi olaraq anası və qızını göstərib.

O, Ədalət və İnkişaf Partiyasına (AK Parti) müraciət etsə də, 3 dəfə rədd edildiyi üçün müstəqil namizəd olmuşdu. İddialara görə, deputatlıqdan vaz keçən ifaçını bu fikrə də AK Partili bir nazir razı salıb.

"Doğru olanın yanındayıq, əyriylə işimiz olmaz. Sloqanımız: doğru siyasət, dürüst siyasət, işsizə doğru siyasət" şüarı ilə seçimlərdə iştirak edən İ.Tatlısəs sosial şəbəkə profilində namizədliyini geri götürməsi haqda belə yazıb:

"Heç bir partiya kimliyim yoxdur. Bir tək sənətçi kimliyim var. Kimsə məni ağlına görə bir yerlərə çəkməsin".