» » Ceki Çanın ölüm xəbəri yayıldı

Ceki Çanın ölüm xəbəri yayıldı

Ceki Çanın ölüm xəbəri yayıldı

KİV-də dünya şöhrətli aktyor Ceki Çanın 62 yaşında vəfat etdiyi barədə məlumat yayılıb.

ucarliyiq.biz BAKU.WS-ə istinadən xəbər verir ki, yayılan xəbərlərdə məşhur aktyorun ölüm səbəblərinin bilinmədiyi bildirilir.

Aktyorun sosial şəbəkələrdəki rəsmi səhifələrində onun ölümü ilə bağlı heç bir məlumat yoxdur.

Ceki Çanın ölümü barədə 2011-ci və 2013-cü ildə də məlumatlar yayılmış, daha sonra bu xəbərlərin doğru olmadığı üzə çıxmışdı.

Son yayılan məlumatların da bu qəbildən olduğu güman edilir. Belə ki, məşhur aktyorun 2 milyon nəfər izləyicisi olan “Instagram” səhifəsində bir neçə saat öncə paylaşım olub və Ceki Çanın ölümü ilə bağlı hər hansı məlumatlar yoxdur.