» » Hacı Nuran: Atam ölməmiş, onu harada basdıracağımı düşünürdüm – VİDEO

Hacı Nuran: Atam ölməmiş, onu harada basdıracağımı düşünürdüm – VİDEO

Hacı Nuran: Atam ölməmiş, onu harada basdıracağımı düşünürdüm – VİDEO

ARB TV-nin “Gəlin danışaq” verilişinə qonaq olan aparıcı Hacı Nuran Hüseynov ailəsi ilə bağlı kədərli xatirələrini bölüşüb.

ucarliyiq.biz Qafqazinfo-ya istinadla xəbər verir ki, tanınmış telejurnalist atasının ölümündən danışıb:

“Valideynlərim alim olublar. Hər ikisi rəhmətə gedib. Ailəmiz həkimlərdən ibarət olub. Atam da, anam da xəstəlik üzündən vəfat etdilər. Onları ildə 2-3 dəfə müayinə etdirirdim. Atam beyin iflicindən vəfat etdi. Dostlarım o vaxt mənə çox dayaq oldular.

Həmidə Ömərova mənim ikinci anamdır. Həmidə Ömərovanın ad günündən geri qayıdanda, atam fikrimdən çıxmırdı. Özümü daha da pis hiss etməyə başladım. Atam ölməmiş, onu harada basdıracağımı düşünürdüm, yas mağarını harada quracağımı fikirləşirdim. Halbuki, atam sağ idi. Evə gəlib atamın yanında oturdum, əlimi tutdu və can verdi”.

Hacı Nuran anasının ölümü haqda da açıqlama verib:

“Anam da beyin xərçəngindən öldü. Böyük şiş var idi. Türkiyəyə İbrahim Tatlısəsin həkiminə apardım. O da çarəsiz olduğunu dedikdən sonra əlacım qalmadı və qayıtdıq. 8 ay onu izlədim. Onu o vəziyyətdə görməyə dözə bilmirdim. Moskvada tədbirə getmişdim. Tədbirin səhərisi anama baxan Şamama xanım zəng vurub dedi ki, sən yavaş-yavaş gəl. Mən qayıtmağa hazırlaşanda zəng vurdular ki, artıq keçinib. Oradan buraya gəlmək mənim üçün dəhşətli idi”.