» » "Kurtlar Vadisi Pusu"ya daha bir şok: İslamı təhqir ediblər?

"Kurtlar Vadisi Pusu"ya daha bir şok: İslamı təhqir ediblər?

"Kurtlar Vadisi Pusu"ya daha bir şok: İslamı təhqir ediblər?
"Kurtlar Vadisi Pusu"ya daha bir şok: İslamı təhqir ediblər?

Son günlər tənqid hədəfinə çevrilən "Kurtlar Vadisi Pusu" serialı ilə bağlı daha bir qalmaqallı xəbər yayımlanıb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, serialda subliminal mesajlar olduğunu iddia edən "Söylemezsem olmaz" verilişi bu dəfə də yeni fakt açıqlayıb.

İddiaya görə, keçmiş seriyalardan birində məsciddən verilən azan əslində tərsinə oxunur. Verilişdə bu elementlə "Kurtlar Vadisi"nin müsəlmanları təhqir etdiyi iddia edilir.

Bundan başqa digər bir səhnədə İstanbul körpüsü ilə bağlı dialoqlar orada 15 iyul hərbi çevriliş zamanı baş verəcək hadisələrə işarə kimi şərh edilir.

Qeyd edək ki, "Pana Film" şirkəti "Kurtlar Vadisi Darbe" adını almaq üçün Patent İnstitutuna "Darbe" hələ baş verməmiş müraciət etdiyi ortaya çıxdığı üçün şirkətin qiyamdan xəbərdar olduğu deyilir. Buan görə məhkəməyə verilən "Pana Film"in sonrakı taleyi sual altındadır.