» » Ebru və Rzanın boşanma səbəbləri məlum oldu

Ebru və Rzanın boşanma səbəbləri məlum oldu

Ebru və Rzanın boşanma səbəbləri məlum oldu
Ebru və Rzanın boşanma səbəbləri məlum oldu

Müğənni Ebru Gündeş və iş adamı Rza Zərrabın boşanma qərarıyla bağlı daha bir iddia səsləndirilib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, hər ikisi boşanacaqları barədə xəbərləri təsdiq etsələr də, hələ də məhkəməyə ərizələrini təqdim etməyiblər.

Şayiələrə görə, cütlük boşanma qərarını bir-birinə inad olaraq verib. Rza həbs olunduqdan sonra Gündeş qızı Alaranı da götürərək Türkiyəyə qayıdıb və bir daha ərinin həbsdə olduğu ABŞ-a getməyib.

Ebru Rzanın "Qızım üçün darıxıram, ABŞ-a gətir" təklifini də rədd edincə R.Zərrab depressiyaya düşüb və "Ebru yanıma gəlmirsə, mən də telefonla artıq onunla danışmayacağam" deyib. Müğənni də bunu eşitdikdən sonra əsəbiləşərək boşanmağa qərar verib.