» » “Qeyri-adi insanlar”: 3 yaş yarımlıq poliqlot Bella Devyatkina – VİDEO

“Qeyri-adi insanlar”: 3 yaş yarımlıq poliqlot Bella Devyatkina – VİDEO

“Qeyri-adi insanlar”: 3 yaş yarımlıq poliqlot Bella Devyatkina – VİDEO

Bella Devyatkina 3 yaş yarımlıqdır. Qızcığaz artıq rus, ingilis, alman, fransız, ispan, çin və ərəb dillərini mənimsəyib.

ucarliyiq.biz bu barədə “Rossiya 1” kanalına istinadən xəbər verir. 

Əgər siz Bellanın müəllimlər tərəfindən əzab verilən bir uşaq olduğunu düşünürsünüzsə, çox böyük səhv edirsiniz. “Qeyri-adi insanlar” şousunun münsiflərinin işi daha çətin idi, çünki hələ dörd yaşı tamam olmayan uşağa bir milyon rublu (təxminən 25411 manat) qazanmaq üçün müsabiqədə iştirak etməyi başa salmaq elə də asan deyildi. 

Qızcığaz üçün əməlli-başlı plan qurmaq lazım gəlib. Bella su pərilərini çox sevir. Çəkiliş qrupu uşaq üçün su pərisinin kostyumunu alıb. Qızcığaz onu dərhal geyinib və pavilyonda tullanmağa başlayıb.