» » Ötən ay ailə quran İradə İsak: Kişinin dörd arvadı olmalıdır

Ötən ay ailə quran İradə İsak: Kişinin dörd arvadı olmalıdır

Ötən ay ailə quran İradə İsak: Kişinin dörd arvadı olmalıdır

Sentyabrın 1-də jurnalist Yaşar İsakov ilə ailə quran aparıcı İradə İsak sosial şəbəkədə evlilik həyatı ilə bağlı təəssüratlarını bölüşüb.

ucarliyiq.biz xəbər verir ki, aparıcı ev işlərinin çoxluğu və həyat yoldaşının kaprizlərindən söz açıb.

“Evlilik həyatının ilk yarımayından sonra gəldiyim qənaət: Qurban olum Məhəmmədin şəriətinə, doğrudan da kişinin dörd arvadı olmalıdır (çox olsa da olar). Mütləq və hökmən! Kişinin bütün kaprizlərinə dözmək bir qadının işi deyilmiş. Mən bu cür qadınlara məəttələm. Qəhrəmansınız, vallah!”, - deyə İ.İsak yazıb.

“Təklif edirəm ki, ikincisini də alsın. Əmək bölgüsü olar, birimiz corab yuyanda, birimiz yemək bişirərik. Sonra üçüncünü də alar, ona həyət süpürmək işini verərik. Vallah, bizim evdə iş elə çoxdur ki, inanmıram, o biri arvadlarla dalaşmağa vaxtımız olsun”, - deyə teleaparıcı şərhinə əlavə edib.