» » Doğuş: Uşaqlarımın anası, səni sevirəm

Doğuş: Uşaqlarımın anası, səni sevirəm

Doğuş: Uşaqlarımın anası, səni sevirəm

Bu gün azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə türkiyəli müğənni Doğuşun ailə qurmasından iki il ötür. 

ucarliyiq.biz xəbər verir ki, X.Hidayətqızı sosial şəbəkədə bununla bağlı təəssüratlarını bölüşüb.

“Hər zaman birlikdə olmağı diləyirəm. Bu gün iki ilimiz tamam oldu. Sanki bu nikah dünən olub, zaman necə sürətlə keçir. Nə yaxşı ki, həyatımda varsan, ədalətli, mərhəmətli insan. Əkizlərimin atası, dostum, sirdaşım, yaxşı ki, səninlə birlikdəyəm. Allahımdan bir ömür birlikdə olmağı diləyirəm. Bizim sevgi mənbəyimiz, bizi heç vaxt tək qoyma. Evlilik ildönümümüz mübarək”, -deyə teleaparıcı yazıb.

Doğuş isə “Eşqim, uşaqlarımın anası, səni sevirəm” şərhini yazaraq həyat yoldaşına cavab verib.