» » Aktrisadan Trampa qarşı cinsi istismar iddiası

Aktrisadan Trampa qarşı cinsi istismar iddiası

Aktrisadan Trampa qarşı cinsi istismar iddiası
Aktrisadan Trampa qarşı cinsi istismar iddiası ABŞ-da prezident seçkilərinə hazırlıq sürətləndiyi bir məqamdə namizəd Donald Tramp haqda yeni iddia yayılıb.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, aktrisa Salma Hayek Trampı onu cinsi istismar etməkdə günahlandırıb. O, qonaq olduğu bir radio proqramında Trampa qarşı cinsi istismar iddialarının doğruluğuna əminliyini bildirib. Aktrisa bir zamanlar Donaldın onu da narahat etdiyini deyib:

"Tramp ilə danışanda bir sevgilim var idi. Tramp onunla tanış olub, mənim telefon nömrəmi necəsə ələ keçirib mənə zəng vurdu. Dəfələrlə görüş təklif etsə də, mən rədd etdim. Hətta sevgilim olmasaydı da, onunla görüşməyəcəyimi bildirdim. Bu hadisədən sonra Tramp şantaja başladı, mediaya xəbər yaydı ki, guya mən ona görüş təklif etmişəm, o isə boyum qısa olduğu üçün mənlə görüşmək istəməyib. Hətta bu xəbərlərdən sonra yenə mənə zəng vurub görüş təklif etməyə başladı.

Aktrisa hazırda fransız iş adamı Françoius Henri Pinault ilə evlidir və bir qızları var.

Aktrisadan Trampa qarşı cinsi istismar iddiası