» » Müğənniyə səhnəyə çıxmağa icazə verilmədi

Müğənniyə səhnəyə çıxmağa icazə verilmədi

Müğənniyə səhnəyə çıxmağa icazə verilmədi
Müğənniyə səhnəyə çıxmağa icazə verilmədi

"Cevapsız Çınlama" adlı mahnısı ilə məşhurlaşan 16 yaşlı Aleyna Tilkiyə qadağa qoyulub.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, hələ şagird olan ifaçının İstanbulda gecə klubunda verəcəyi konsert ləğv edilib. İstanbul valiliyi 16 yaşlı qızın səhnəyə çıxmasının qanuni olmadığını bildirib.

Məkanın sahibi də açıqlama yayaraq İstanbul valiliyi Hüquq İşləri Şöbə Müdirliyindən gələn qadağaya görə konsertin ləğv etməli olduğunu bildirib.

Keçən həftə isə Ailə Nazirliyi Aleynanın ailəsinə bu barədə xəbərdarlıq göndərmişdi.