» » Arda Turan yenə sevgilisindən ayrıldı? - foto

Arda Turan yenə sevgilisindən ayrıldı? - foto

Arda Turan yenə sevgilisindən ayrıldı? - foto
Arda Turan yenə sevgilisindən ayrıldı? - foto

"Barselona"nın türk ulduzu Arda Turan karyerası ilə yanaşı şəxsi həyatı ilə də gündəmdədir.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, futbolçunun uzun zamandır sevgi yaşadığı Aslıhan Doğanla münasibətləri yenidən kəskinləşib.

Yayda toy etməsi gözlənilən, amma ayrılıq xəbərləri yayılan cütlük sonradan aralarında problem olmadıqlarını elan etmişdilər. Lakin Arda Aslıhana sosial şəbəkədən istifadəni qadağan etmişdi. A.Doğan bu yaxınlarda İnstaqram hesabını aktivləşdirib. Onun son paylaşımı isə sevgilisi ilə küsdüyünü təsdiqləyib. Bir neçə gün əvvəl isə klubun partisinə qatılan Arda məkana tək gəlmişdi.

Aslıhan "İçinizdəki boşluqla üzləşmədən varlığınızı doldura bilməzsiniz. Kim olursunuzsa, olun. Az olun, amma həqiqi olun. Bir gün öz qapınızı döyə biləcək üzünüz olsun" qeydini yazıb və sonra gələn bütün neqativ şərhləri silib.

Qeyd edək ki, A.Turan daha əvvəl aktrisa Sinem Koballa sevgili idi. İkilinin evlənəcəyi gözlənilən anda sürpriz qərarla ayrılmaları hər kəsi təəccübləndirmişdi.

Arda Turan yenə sevgilisindən ayrıldı? - foto