» » Azərbaycanda ilk dəfə milli top-model müsabiqəsi keçiriləcək

Azərbaycanda ilk dəfə milli top-model müsabiqəsi keçiriləcək

Azərbaycanda ilk dəfə milli top-model müsabiqəsi keçiriləcək

Azərbaycanda ilk dəfə milli top-model müsabiqəsinə start verilib.

Müsabiqənin təşkilatçılarının ucarliyiq.biz-a verdiyi məlumata görə, “Miss Top Model Azerbaijan”nın digər müsabiqələrdən fərqliliyi ondan ibarətdir ki, bu müsabiqəyə model biznesinə yeni qoşulmaq istəyənlərlə yanaşı, Azərbaycanda və xaricdə kifayət qədər tanınmış yerli modellər də qatıla bilərlər.

Artıq hər ilin bu mövsümündə Azərbaycanın ən tanınmış və gözəl top-modelləri bir podiumda müsabiqənin tacı uğrunda mübarizə aparacaqlar.

Bu ilin noyabrında start veriləcək ilkin seçim turlarının nəticəsindən sonra 2017-ci ilin mart ayında “Miss Top Model Azerbaijan” müsabiqəsinin finalı baş tutacaq.

Azərbaycanda ilk dəfə milli top-model müsabiqəsi keçiriləcək

“Finala hazırlıq ərəfəsində modellərlə professional xoreoqraf, quruluşçu-rejissor, fotoqraf və dizaynerlər məşğul olacaqlar. Müsabiqədə 17-26 yaş arası, subay və yalnız Azərbaycan vətəndaşı olan xanımlar iştirak edə bilərlər”, -deyə müsabiqənin təşkilat komitəsindən bildirilib.

Müsabiqənin iştirakçıları qiymətli hədiyyələrlə yanaşı, ölkəmizin şou-biznesinə və dəb industriyasına qatılmaq şansı əldə edəcəklər.

“Miss Top Model Azerbaijan” adını qazanan iştirakçı ölkəmizi beynəlxalq “Miss Top Model of the World” müsabiqəsində təmsil etmək hüququnu qazanacaq.

“Miss Top Model Azerbaijan”da iştirak üçün ərizə qəbulu müsabiqənin rəsmi saytındakı anketi doldurmaqla həyata keçirilir (http://www.misstopmodel.az/form).