» » Tatlıses nişan mərasimində Günelə nə hədiyyə edib?

Tatlıses nişan mərasimində Günelə nə hədiyyə edib?

Tatlıses nişan mərasimində Günelə nə hədiyyə edib?

Ötən gün müğənni Günel Zeynalovanın Türkiyədə nişan mərasimi keçirilib.

ucarliyiq.biz AzNews.az-a istinadən xəbər verir ki, ifaçının atası Rəhman Zeynalov nişan mərasiminə ailəyə yaxın qonaqların dəvət olunduğunu deyib.

“Nişan mərasimi çox gözəl keçdi. Böyük bir orkestr və tanınan sənətçilər dəvət olunmuşdu. Çox adama əziyyət vermədik”, - deyə R.Zeynalov söyləyib.

R.Zeynalov bildirib ki, Güneli təbrik edənlər arasında Türkiyənin tanınmış sənətkarı İbrahim Tatlıses də olub:

“Şəxsən özü telefonla Güneli təbrik etdi. İbrahim Tatlıses İzmirdə olduğu üçün oğlu Ahmet Tatlıses məclisdə iştirak edirdi. Amma toyda İbrahim Tatlıses iştirak edəcək. Günelə çoxlu hədiyyə gəlmişdi. İbrahim Tatlıses də Günelə qızıl göndərmişdi”.

R.Zeynalov Günelin toyunun Məhərrəm ayından sonra baş tutacağını dedi: 

“Toya bütün sənət adamlarını dəvət edəcəyik”.