» » Müğənni mikrofonu atıb səhnəni tərk etdi - video

Müğənni mikrofonu atıb səhnəni tərk etdi - video

Müğənni mikrofonu atıb səhnəni tərk etdi - video
Müğənni mikrofonu atıb səhnəni tərk etdi - video

Kanadalı müğənni Castin Biber Mançesterdəki konsertində gərgin anlar yaşayıb.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, ifasından sonra tamaşaçılarla söhbət edən Castin onu izləməyə gələnlər tərəfindən fitə basılınca əsəbiləşib.

Mikrofonu ataraq səhnəni tərk edən gənc ulduz az sonra tamaşaçıların qarşısına çıxaraq konsertinə davam edib. O, sonda açıqlama verərək deyib:

"Kədərləndim, çünki bura dünyanın o biri ucundan gəlirəm. Konsert verib sizləri gülümsədə bilmək üçün həyatımı həsr etdim. İnsanların isə mənə eyni şəkildə hörmət etmədiklərini hiss etdim və ürəyim ağrıdı".