» » Azərbaycan əsilli müğənni narkotiklə tutuldu – VİDEO

Azərbaycan əsilli müğənni narkotiklə tutuldu – VİDEO

Azərbaycan əsilli müğənni narkotiklə tutuldu – VİDEO

Türkmənistanın tanınmış müğənnisi Nazir Həbibov narkotik ittihamı ilə həbs edilib.

ucarliyiq.biz “Azadlıq” radiosuna istinadən xəbər verir ki, əslən azərbaycanlı olan müğənni Türkmənistan televiziyasının efirində əli qandallı şəkildə müntəzəm tiryək qəbul elədiyini etiraf edib.

“Gözəl yaşadığım halda, hərəkətimlə valideynlərimi, ailəmi və 4 uşağımı rüsvay etdim. Söz verirəm ki, bir də belə şey etməyəcəyəm. Məni bağışlayın”, - deyə müğənni bildirib.

Qeyd edilib ki, Nazir Həbibov Türkmənistanda ən bahalı toy müğənnilərindən biridir. Türkmənistanda doğulan Nazir Həbibov əslən Azərbaycandandır. Valideyinlərindən başqa, həyat yoldaşı da azərbaycanlıdır.