» » Tolik Soso Pavliaşvili haqqında: O, ermənipərəstdir

Tolik Soso Pavliaşvili haqqında: O, ermənipərəstdir

Tolik Soso Pavliaşvili haqqında: O, ermənipərəstdir

Məşhur prodüser Tarix Əliyev (Tolik) Rusiya və Gürcüstan müğənnisi Soso Pavliaşvilinin noyabrın 30-da Bakıda keçiriləcək xeyriyyə konserti ilə bağlı xəbərə münasibət bildirib.

ucarliyiq.biz xəbər verir ki, prodüser bu haqda sosial şəbəkədə yazıb.

“Bu çoxbilmiş bilir, Bakıya niyə gəlmək lazımdır. O, qondarma Qarabağ hakimiyyətinin konsertinə getmişdi. Orada demişdi ki, Qarabağ ermənilərindir. Eltonla (müğənni Elton Hüseynəliyev - red.) bir dəfə toyda olanda bu da gəlmişdi. Onun prodüserinə dedim ki, niyə belə etdi, çıxsın üzr istəsin, desin ki, səhv etmişəm. Cavab verdi ki, heç vaxt elə şey etməz. İndi də heç bir üzr istəmədən gəlir.

Bu kimdir ki, ona hələ güzəştə də gedək? Moskvada yəhudilərin hesabına dolanır. O, ermənipərəstdir, onu düz edib ölkəmizə buraxmırdılar. Necə deyib, indi də çıxıb desin ki, səhv eləmişəm, Azərbaycan xalqından üzr istəyirəm”, - deyə T.Əliyev qeyd edib.