» » Engin Akyürek və Fahriye Evcen eyni serialda ola bilər

Engin Akyürek və Fahriye Evcen eyni serialda ola bilər

Engin Akyürek və Fahriye Evcen eyni serialda ola bilər
Engin Akyürek və Fahriye Evcen eyni serialda ola bilər Tuba Büyüküstünlə baş rollarını paylaşdığı "Kara Para Aşk" serialından sonra ekranlardan uzaq qalan Engin Akyürek yeni serialla qayıdır.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, "Esaretin bedeli" adlı serialda həkim obrazında çəkilməyə hazırlaşan aktyora tərəf müqabili axtarılır.

Serialın prodüseri Timur Savcı ilk təklifi Serenay Sarıkayaya edib. Aktrisa 5 seriyanın ssenarisini oxuduqdan sonra rolu qəbul etməyib. Bundan sonrakı təklif isə Fahriye Evcenə edilib.

Murad Yıldırımla "Sonsuz aşk" filminin çəkilişlərini yeni tamamlayan aktrisa qarşıdakı günlərdə bu barədə son qərarını verəcək.