» » Kamilə Babayeva atasının faciəli ölümündən danışdı

Kamilə Babayeva atasının faciəli ölümündən danışdı

Kamilə Babayeva atasının faciəli ölümündən danışdı

Aparıcı Kamilə Babayeva efirdə göz yaşlarını saxlaya bilməyib. 

ucarliyiq.biz - in axşam.az-a istinadla məlumatına görə, o, aparıcısı olduğu “5-ci element” verilişində atası ilə bağlı xatirələrini danışıb. Teleaparıcı bildirib ki, atası faciəli şəkildə dünyasını dəyişib:

“Atam tibbi ekspert idi. Bir gün 18 yaşda gənc qız nəşi gətirirlər. Atam arxasını meyitə çevirib qeydlərini edir. Bu, gecəyarısı olub. Həmin vaxt meyitin qolunda refleks baş verir, qolu atamın çiyninə düşür. Atam ondan qorxur. Gecə avtomobillə Qax tərəfə gedirmiş. Birdən güzgüdə həmin qızın simasını “qız arxada oturubmuş” kimi görüb. Bu zaman qəza baş verir. Meşə ərazisində olduğu üçün avtomobil ağaclara çırpılır və yararsız hala düşür.

 Atamı səhər saatlarında tapıblar. Həmin hadisədən sonra səhhəti pisləşdi. Bir müddətdən sonra dünyasını dəyişdi”.